Fransızlar erkən ümumi seçki istəyir

16 Noyabr 2013 17:18 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Fransada sosialist iqtidarın performansından narazı olan seçicilərin yarıdan çoxu, erkən ümumi seçki keçirilməsini istəyir. BVA sosial araşdırma şirkətinin anketinə görə, seçicilərin 52 faizi məclisin erkən ümumi seçkiyə getməsinin tərəfdarıdır. Araşdırmaya görə seçicilərin 63 faizi, prezident Fransua Hollandenin Baş nazir Jean Marc Ayraultunu vəzifədən almasını istəyir. Son ictimaiyyət yoxlamaları da Hollandenin məşhurluğunun da 25 faiz düşdüyünü göstərir. Fransada getdikcə artan işsizlik, vergilər və büdcə kəsiri ilə iqtisadi böyümənin təmin edilə bilməməsi, sosialist hökumətin arxasındakı xalq dəstəyinin azalmasındakı ən əhəmiyyətli səbəblər olaraq göstərilir.