Gülər Əhmədovanın məhkəmə prosesi davam edir

18 Noyabr 2013 10:15 (UTC+04:00)

Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun rəhbərliyi ilə sabiq deputat Gülər Əhmədovanın məhkəmə prosesi davam edir. Movqe.az-ın verdiyi məlumata görə, мəhkəmə prosesində sənədlərin tədqiqinə başlanılmışdır. 

Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.Hazırda məhkəmə davam edir.