Sabiq AMİP-çi Vaqif Musayevin həbsinə rəsmi aydınlıq gətirilib

18 Noyabr 2013 11:44 (UTC+04:00)

Daxili İşlər Nazirliyi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sabiq üzvü Vaqif Musayevin həbsinə aydınlıq gətirib.


Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında Vaqif Musayevin qanunsuz odlu silah gəzdirməsi faktı ilə əlaqədar polis tərəfindən saxlanıldığını bildirib.

 

Qeyd edək ki, V. Musayev AMİP lideri Etibar Məmmədovun ən yaxın adamlarından olub.

 

O, 2003-cü ildə partiya sıralarından uzaqlaşıb. V. Musayev sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş.