18+ rəsimlərin Google-da axtarışına son qoyulacaq!

18 Noyabr 2013 11:55 (UTC+04:00)

Məşhur axtarış mühərriki Google kompaniyası və Microsoft uşaqların 18+ onlayn rəsimləri tez tapmalarının qarşısını ala bilmək və bununla bağlı ölçü götürmək üçün razılığa gəliblər. Bu haqda Movqe.Az BBC-yə istinadən xəbər verir.  Hazırda cəmi 100 min qanunsuz axtarış materialı nəzərdə tutulub ki, artıq onlarla bağlı heç bir nəticə tapılmayacaq və yetkinliyə çatmamış uşaqlar bu rəsimləri axtaranda xəbərdarlıqla qarşılaşacaqlar. İngiltərə Xarici İşlər Naziri Deyvid Kameron da bu fəaliyyəti dəstəkləyib. Lakin o, bildirib ki, bu yeni qanunvericilikdə də öz əksini tapmalıdır. Xatırladaq ki, hələ iyul ayında Cənab Kameron birlikdə axtarış nəqliyyatının 95 faizini təşkil edən Google və Microsoft Bing-i çağıraraq insanların qanunsuz rəsimləri daha asan yolla əldə etmələrinin qarşısını almalarını söyləmişdi. O bildirmişdi ki, Google və Microsoft elə etməlidirlər ki, insanlar qanunsuz şəkilləri axtaranda heç bir nəticə əldə edə bilməsinlər.