Azərbaycandan Türkiyəyə maşınla iki saata getmək mümkün olacaq (FOTO)

18 Noyabr 2013 12:08 (UTC+04:00)

Türkiyənin Ərdahan vilayətində Türkiyəni Gürcüstan və Azərbaycanla birləşdirəcək Çıldır-Aktaş sərhəd məntəqəsinin tikintisinə başlanılıb

Türkiyənin Ərdahan vilayətində Türkiyəni Gürcüstan və Azərbaycanla birləşdirəcək Çıldır-Aktaş sərhəd məntəqəsinin təməlqoyma mərasimi keçirilib. Movqe.az-ın Azərtac-a istinadən verdiyi məlumata görə, mərasimdə çıxış edən Türkiyənin gömrük və ticarət naziri Hayati Yazıçı, Türkiyə Odalar və Borsalar Birliyinin sədri Rıfat Hisarcıklıoğlu və Ərdahan valisi Seyfəddin Əzizoğlu bildiriblər ki, 10 aydan sonra istifadəyə veriləcək bu sərhəd məntəqəsi Gürcüstan və Azərbaycana alternativ yol olmaqla yanaşı, Ərdahan vilayətinin sosial-iqtisadi inkişafına da təkan verəcək. Sərhəd məntəqəsinin Gürcüstan tərəfində magistral avtomobil yolunun təmirinə göstərdiyi köməyə görə Azərbaycan dövlətinə təşəkkür ifadə edilib.


2014-cü ilin avqust ayında istifadəyə veriləcək Çıldır-Aktaş sərhəd məntəqəsindən Gürcüstana keçməklə Azərbaycan avtomobillə iki saata gəlmək mümkün olacaq.