ABŞ-da yenə qasırğa olub - FOTOLAR

18 Noyabr 2013 12:25 (UTC+04:00)

Güclü qasırğa ABŞ-ın Mərkəzi Qərbini viran qoyub. İllinois, İndiana və Kentucki ştatlarındakı binaları dağıdıb, avtomobilləri yıxıb. Nəticədə 5 nəfər dünyasını dəyişib, yüzlərlə insan yüksək sürətlə hərəkət edən qasırğadan müxtəlif xəsarətlər alıb. Meteorologiya mütəxəssisləri 53 milyon nəfərin zərər gördüyünü təxmin edir. Sürətlə hərəkət edən qasırğa saatda 111 km sürətlə (68 mph) şərqə doğru hərəkətini davam etdirib. BBC əməkdaşı Nik Braynt noyabr ayının qasırğaların daha çox müşahidə olunduğu adi bir ay olduğunu və bu aydakı qaırğaların daha dağıdıcı baş verdiyini bildirib. Movqe.Az qasırğadan sonra çəkilmiş fotoları tqdim edir: