Bakıda keçmiş məhkum narkotik vasitənin təsirindən ölüb

18 Noyabr 2013 13:05 (UTC+04:00)

Bakıda əvvəllər məhkum olunmuş şəxs evində narkotik vasitənin təsirindən ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 17-də paytaxtın Səbail rayonunda yaşayan, əvvəllər məhkum olunmuş Məmmədhüseyn Əliyev mənzilində qəbul etdiyi narkotik maddənin təsirindən ölüb.