Rusiyada təyyarə qəzası olub: 50 ölü var

18 Noyabr 2013 13:17 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Sərnişin təyyarəsi Rusiyanın Kazan şəhərində yerləşən hava limanında qəzaya düşüb və 50 nəfər həlak olub. Rəsmilərin məlumatlarına görə, Boeing 737 Moskvadan hərəkət etmiş və hadisə 19.20 radələrində baş verib. Təhlükəsizlik Nazirliyinin xəbərinə görə, təyyarədə 44 sərnişin və 6 Tatarıstan Hava limanı heyəti olub. Tədqiqatçıların fikrincə, qəzanın yaranma səbəbi texni problemlərdən və ya heyətin xətası ucbatından baş verib. Tədqiqat Komitəsinin rəsmisi Vladimir Markin Rossiya 24 kanalına verdiyi şərhdə, ekspertlərin hadisəni yenidən araşdırdığını, hadisənin ucuz yanacaq və ya hava şəraitindən qaynaqlandığını bildirib. Hadisə baş verən vaxt Kazanda yağış yağıb. Həlak olanlar arasında Tatarıstan Rus Respublikasının Prezidentinin oğlu İrek Minikhanov, Tatarıstan Federal Təhlükəsizlik Qüvvələrinin rəhbəri Aleksander Antonov da olub.