«Hirkan Milli Parkı» marka seriyası çap olunub

18 Noyabr 2013 13:16 (UTC+04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "Azərmarka" şirkəti "Hirkan Milli Parkı" marka seriyasını təqdim edib.

"APA-Economics"ın RİTN-in mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, təqdim olunan iki seriyanın hər birində 4 marka təsvir olunub. Birinci seriyada yer alan "İri ağacdələn" şəklinin təsvir olunduğu markanın nominal dəyəri 20 qəpik, "Qara leylək" - 30 qəpik, "Qıvrımlələk qutan" - 50 qəpik, "Mərmər cücə" markasının nominalı isə 60 qəpik təşkil edir.

Məlumata görə, ikinci seriyadakı "Xallı maral" təsvirinin yer aldığı markanın nominal dəyəri 20 qəpik, "Cüyür"ün – 30 qəpik, "Adi vaşaq"ın – 50 qəpik, "Daş dələsi"nin isə 60 qəpikdir.

Qeyd edək ki, markaların üzərində adlar Azərbaycan dili ilə yanaşı, ingilis dilində də qeyd olunub.