Kalsium həbi infarkt riskini artırırmı?

25 May 2012 13:26 (UTC+04:00)
Movqe.Az BBC-yə istinadən bildirir ki, Kalsiumu, ümumiyyətlə yaşlı insanlar sümüklərini gücləndirmək və qırılmalarının qarşısını almaq üçün qəbul edir.
"Heart" jurnalında nəşr olunan xəbərdə kalsium həblərinin "diqqətli istifadə edilməsi lazım olduğu" bildirilib.
Ekspertlər kalsium ehtiva edən balanslı bir pəhrizin daha yaxşı bir strategiya olduğunu vurğulayırlar.
Heidelbergdəki Alman Xərçəng Araşdırmaları Mərkəzindən olan ekspertlər on ildən çox müddət ərzində 23,980 adamı müşahidə altında tutublar.
Kalsium həblərini qəbul edən insanlarla, kalsium qəbul etməyən insanlar arasındakı infarkt keçirə bilmə ehtimalını müqayisə ediblər.
Heç bir həb qəbul etməyən 15,959 nəfər arasında 85-ində infarkt hadisəsi meydana gəlib.
Lakin iş boyunca kalsium həblərindən istifadə edən insanlarda infarkt keçirmə riski 86 faiz daha çox olub.
Ekspertlər infarkt riskinin "kalsium həblərinin diqqətli istifadə edilməsi lazım olduğunu" söyləyirlər.