Azərbaycan və Ukrayna prezidentləri bir-birinə dövlət mükafatları təqdim ediblər

18 Noyabr 2013 15:37 (UTC+04:00)

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Viktor Yanukoviç bir-birinə dövlət mükafatları təqdim ediblər.

APA-nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Ukrayna prezidenti azərbaycanlı həmkarını "Azadlıq" orden ilə təltif edib.

Öz növbəsində İlham Əliyev Viktor Yanukoviçə "Heydər Əliyev" ordenini təqdim edib.