Movqe.Az xəbər verir ki, Sony-nin yeni oyun konsolu PlayStation 4-də yaranan qırmızı işıq problemi istifadəçilərin qorxulu yuxusuna çevrilib.
24 saat ərzində 1 milyon ədəd satmağı bacaran Sony-nin yeni oyun konsolu PlayStation 4 problemləri də özü ilə gətirib. İstifadəçilərin bir hissəsi aldıqları oyun konsolunda qırmızı işıq səhvi ucbatından oyun oynayamadıqlarını Tvitter vasitəsilə bildirib. Neowin-in xəbərinə görə Assassin 's Creed 4: Black Flag adlı oyunu oynayan bir istifadəçi çox keçmədən qırmızı işığın yandığını və konsolun avtomatik olaraq oyunu bağladığını qeyd edib. Mütəxəssislər qırmızı işıq səhvinin PS4-ün həddindən artıq istiləşməsindən ötəri qaynaqlandığı deyərək, cihazın özünü qorumaq üçün öz-özünə bağlandığını deyib.