İsveçdə cinayət azaldı, 5 həbsxana bağlanıldı

18 Noyabr 2013 17:10 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, cinayət dərəcələrində olan azalmayla cəza sistemindəki yeni proqramlar nəticə verib. İsveçdə həbsxanalardakı məhbus sayındakı azalma səbəbindən 5 həbsxananın bağlanılması qərarlaşdırılıb. İsveçdə, aralarında 1700-cü illərdən bu yana məhbusların cəzalarını doldurmaları üçün istifadə edilən cəzaçəkmə evləri daxil olmaqla 47 həbsxanadan 5-nin bağlanılmasına qərar verilib. Ölkədə hələ də 4 min 554 məhbus mühakimə nəticəsində aldıqları cəzalarını çəkdikləri həbsxanalarında gün sayır . İsveçdə həbsxanalarından məsul müdir Nils Oberg məhbus sayının azalmasıyla əlaqədar məhkumların yenidən cinayət işləməməsi üçün alınan bəzi tədbirlərin nəticə verməyə başladığını gördüklərini söyləyib.