Cenevre 2 konfransına hazırlıq gedir

18 Noyabr 2013 18:25 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov, noyabr ayının sonunda keçiriləcək Cenevrə-2 Konfransına ön hazırlıq iclası təşkil ediləcəyini söyləyib. Rus TVC kanalına danışan Lavrov, keçən il təşkil edilən Cenevrə Konfransına İran və Səudiyyə Ərəbistanının qatılmadığını xatırladaraq, Suriya böhranının məzhəb ölçülərinin olduğunu, buna görə həll prosesində hər bölgənin təmsil edilməsi lazım olduğunu deyib. Lavrov, yığıncağa, ABŞ, Rusiya və BMT Suriya xüsusi nümayəndəsi Lahdar İbrahimiylə yanaşı qardaş Türkiyə, Ərəb Birliyi və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin qatılacağı məlumatını verib.