Gələcək müəllimlər yeni proqramla təhsil alacaq

19 Noyabr 2013 11:00 (UTC+04:00)

Təhsil Nazirliyi pedoqoji ixtisaslarda təhsil proqramlarının ekspertizasını keçirib

Ali təhsilin bakalavriat səviyyəsində müəllim hazırlayan ixtisaslar üzrə yeni nəsil təhsil proqramları hazırlanıb. 

Təhsil Nazirliyindən Ans press-ə verilən məlumata görə, pedoqoji ixtisaslarda təhsil proqramlarının ekspertizası keçirilib. 

Məlumata görə, yeni nəsil təhsil proqramları təsdiq edildikdən sonra növbəti tədris ilindən onların tətbiqinə başlanılması nəzərdə tutulur.