Nizami RİH-də media ilə əməkdaşlıq mövzusunda konfrans keçirilib-YENİLƏNİB

19 Noyabr 2013 11:10 (UTC+04:00)

Çıxışında Nizami RİH-nin başçısı Tahir Budaqov rayonda görülən geniş abadlıq-quruculuq işlərindən də danışıb: "Rayonda mənzil təssərrüfatının saxlanılması istiqamətində xeyli iş görülüb. 239200 m2 dam örtüyü əsaslı təmir edilib, 1650 ədəd giriş qapısı dəyişdirilib, 60 həyətdə abadlıq işləri aparılıb".

T. Budaqov rayonun sosial, iqtisadi göstəricilərini açıqlayıb: "Bu gün Nizami rayonunda "Bakı Yağ Qida" fabriki, nüxtəlif növ şokalad məmulatları istehsal olunan "Ulduz" şokalad fabriki, dəmir-beton məmulatları istehal olunan "Azərtunelmetrotikinti" SC-nin DBK zavodu, "Körpü Tunel" ATSC neft məhsulları istehsal olunan Heydər Əliyev adına Bakı Neft Emalı zavodu və sair istehsal müəssisələri fəaliyyət göstərir.Rayonun iqtisadiyyatının inkişafı üçün 723,4 milyon manatlıq investisiya qoyulub ki, bunun da hamısı istehsal təyinatlıdır. Əhaliyə göstərilən nəqliyyat və rabitə xidmətinin səviyyəsi xeyli yüksəlib. Son beş ildə əhaliyə 665,0 milyon manatlıq nəqliyyat xidməti, 894,9 milyon manatlıq rabitə xidməti göstərilib. 2009-2013-cü illərdə rayonda 9181 yeni iş yeri açılıb, 500-dək sahibkarlıq subyekti qeydə alınıb. Rayonumuzda məktəblilırin hırbi-vətənpərvərlik tərbiyyəsinin artırılması istiqamətində tədbirlər həyata keçirilir. "Şahin" hərbi-idman oyunlarında rayonumuzu təmsil edən komanda dəfələrlə uğura imza atmış, 2013-cü ildə isə komanda respublika mərhələsində 1-ci yerə layiq görülüb".

Konfrans diskussiyalarla davam etdirilib.

                                                                  ***

Bu gün Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi"mövzusunda konfrans işə başlayıb. Movqe.az-ın verdiyi xəbərə görə, tədbirdə müxtəlif media orqanlarının baş redaktorları və digər təmsilçiləri, eləcə də Nizami rayon ictimaiyyət nümayəndələri iştirak edib. Konfrans iştirakçılarını salamlayan Nizami RİH-nın başçısı Tahir Budaqov media orqanları ilə rayon icra strukturlarının əməkdaşlığının əhəmiyyətindən danışaraq konfransı açıq elan edib. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli media rəhbərlərini və təmsilçilərini konfrans iştirakçılarına təqdim edib. V. Səfərli bildirib ki, RİH-lərlə bu qəbildən olan tədbirlər artıq ənənəvi xarakter alıb. Daha sonra çıxış üçün söz Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşova verilib. Ə. Amaşov konfransın əhəmiyyətindən danışaraq yerli icra hakimiyyəti orqanları ilə media arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Şura sədri Azərbaycanda medianın inkişafının cəmiyyətin hər bir üzvündən, eləcə də dövlət qurumlarında çalışan məmurlardan asılı olduğunu qeyd edib: "Mətbuatın ictimai fikrin formalaşmasında rolu böyükdür. Amma mətbuatın öz fəaliyyətini yerinə yetirməsi üçün dövlət qurumlarında çalışan məmurların da rolu var. Yerli icra qurumları mətbuatla əməkdaşlıqdan çəkinməməlidir. Mediadan edilən müraciətlərə cavab vermək, ünvanlanan sualları vaxtında cavablandırmaq vacibdir. Ona görə də, mən bu konfransda iştirak edən məmurları da media ilə əməkdaşlığa çağırıram. Elə konfransın da məqsədi adından göründüyü kimi, KİV-ri ilə yerli icra orqanlarının əməkdaşlığı ilə bağlıdır. Bu da nəticə etibarıilə media və icra strukturları arasında qarşılıqlı əməkdaşlıq dinamik şəkildə inkişaf edirərək genişləndirir". Daha sonra Ə. Amaşov media nümayəndələrini də narahat edən məsələdən, "reket jurnalistika" ilə bağlı şikayətlərdən danışıb. AMŞ sədri qeyd edib ki, məmurların narahatçılığına səbəb olan reket jurnalistika ilə mübarizə məqsədi ilə Şurada komissiya fəaliyyət göstərir: "Siz bu cür hallarla qarşılaşdıqda Mətbuat Şurasının müvafiq komissiyasına müraciət edə bilərsiniz. Biz həmin "mətbu orqan"larla ciddi mübarizə aparırıq. Həmin media orqanları Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi layihələrdən də kənarda qalır. Fond təkcə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına yox, digər icra strukturları ilə də birlikdə işləyərək medianın və media təmsilçilərinin maddi rifah halının yüksəldilməsi məqsəsilə mühüm addımlar atır. Çıxışında Nizami RİH-nin başçısı Tahir Budaqov rayonda görülən geniş abadlıq-quruculuq işlərindən də danışıb. Konfrans davam edir.