Azərbaycanlı bacılar erməni iştirakçıya qarşı yarışacaq

19 Noyabr 2013 12:25 (UTC+04:00)
Reytinqlər də birinci olan  "O səs Türkiyə" yarışmasına dünən erməni əsilli iştirakçı qatılıb.

Mövqe.az xəbər verir ki,  müsabiqədə iştirak edən  Çorc Şəkər adlı iştirakçı erməni olduğunu açıqlayıb: "Anam da, atam da türkdür. Lakin mən erməniyəm".

İştirakçı münsiflər olan Gökhan Özoğuz, Ebru Gündeş, Murat Boz tərəfindən bəyənilib. Çorc Şəkər  Ebru Gündeşi seçib və onun komandasında iştirak edəcək.

Məlumat üçün bildirək ki, seçim turları yekunlaşan "O səs Türkiyə" yarışmasında Ebru Gündeşin komandasında azərbaycanlı Sevil Sevinc bacıları  və 4 münsifi heyran edən Tugce Gendigelen də iştirak edir.