Toylar kraliçası avtomobil qəzası keçirdi - FOTO

19 Noyabr 2013 12:33 (UTC+04:00)

Onun avtomobili yararsız hala düşdü.

"Toylar kraliçası" müsabiqəsinin ikincisi olan məşhur müğənni Tereza Əliyeva ağır avtomobil qəzası keçirib. O, özünün şəxsi 90 HK 245 dövlət nömrə nişanlı Hyundai Santa Fe markalı avtomobili ilə toya gedərkən Qaradağ rayonu, Xocəsən qəsəbəsində gözlənilmədən Kia Serato markalı avtomobil onun qarşısına çıxmış, nəticədə avtomobil qəzası qaçılmaz olmuşdur. Hadisə yerinə gələn Təcili Tibbi Yardım müğənnini ağır yaralı vəziyyətdə yerli xəstəxanaya çatdırmışdır.

Xəstəxanadan aldığımız məlumata görə, hazırda "Toylar kraliçası"nın vəziyyəti orta ağır olaraq qalır. Tərezanın qəza ucbatından yararsız hala düşmüş avtomobilinin foto şəkillərini sizə də təqdim edirik: