Prezidentin istefasını istədilər

19 Noyabr 2013 12:52 (UTC+04:00)

Movqe.Az BBC-yə istinadən xəbər verir ki, Haitidə minlərlə etirazçı Prezident Mişel Martelinin istefaya getməsini tələb edib. Paytaxt  Porte-au-Prince-də polis daş atan nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Haiti son günlərdə həyat şəraitinin yaxşılaşmasını və karrupsiyanın azalmasını istəyən gərgin nümayişçilərin etiraz yürüşlərinə şahid olur. Həmçinin Cənab Martelli yoxsullaşmış ölkədə birlik çağırışları etmişdi. O, 2010-cu il zəlzələsində zərər görmuş Haitinin daha ümüdverici günləri üçün söz vermişdi. Lakin bütün bunlara baxmayaraq Haiti Dominikan Respublikasinda, qərb yarımkürəsində mövcud olan ən kasıb ölkələrindən biri kimi qalmaqdadır.