Bəstəkar millət vəkilinin sözlərinə mahnı yazdı-VİDEO

19 Noyabr 2013 13:27 (UTC+04:00)

Tanınmış bəstəkar Sevinc Tofiqqızı və millət vəkili Qənirə Paşayevadan daha yeni bir iş ortaya çıxdı.

Movqe.az-a açıqlama verən, bəstəkar Sevinc Tofiqqızı bildirib ki, onun millət vəkili Qənirə Paşayeva ilə iş birliyi davam edir: " Qənirə xanımla iş birliyim davam edir. Mən bu gözəl xanımın sözlərinə aid olan daha bir musiqi bəstələdim. Yeni bəstəmin sözləri Qənirə xaıma aid olan "Aradım" adlanan mahnımı gözəl müğənni Şəbnəm ifa edib. Mən çox sevinirəmki mahnıya qulaq asanlar çox bəyəniblər. Bu mənim Qənirə xanımın şeirinə bəstələdiyim artıq 6-cı mahnıdır. Hələ davamı da var. Mən millət vəkilimiz Qənirə xanıma, ifaçı Şəbnəmə, mahnının aranjımançısı Osman bəyə də öz təşəkükrlərimi bildirəm. Onu deyim ki, bundan sonra mənim bir çox yeni surpriz layhələrim olacaq".