Azərbaycan ərazisində hava əsasən yağmursuz keçəcək, bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir

19 Noyabr 2013 14:10 (UTC+04:00)

Bakı və Abşeron yarımadasında noyabrın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 7-9, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

 Havanın temperaturunun gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, bəzi yerlərdə 5 dərəcəyədək şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.