Qatil yarasalar
25 May 2012 14:15 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Perunun paytaxtı
Limanın cənub-şərqində yerləşən kiçik bir kənddə yaşayan 7 uşaq
yarasaların dişləməsi səbəbindən quduz olaraq dünyasını dəyişib.
Ölən 7 uşağın ən kiçiyi 11 aylıq, ən böyüyü isə 12 yaşında olub.
Xatırladaq ki, təkcə 2010-cu ildə ölkədə 20 uşaq quduz epidemiyası
səbəbindən dünyasını dəyişib.
Peru səhiyyə naziri Persi Minaya bu epidemiya ilə mübarizə aparmaq
üçün sağlamlıq
kampaniyası çərçivəsində 180.000 yeni peyvənd satın alıb. Beyində
iltihaba səbəb olan quduz epidemiyasının əksəriyəti ölümlə
nəticələnir. Quduz virusu heyvanlardan keçir.
Ümumiyyətlə təbiətdə bəslənən qan əmici yarasalar yağış
meşələrinin məhv edildiyi yerlərdə qidalanmaq üçün insanlara
hücum edir.