Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başa çatıb

19 Noyabr 2013 16:17 (UTC+04:00)

Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serh Sarkisyan arasında keçirilən görüş başa çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, prezidentlər mətbuata heç bir açıqlama vermədən görüşün keçirildiyi "Palais Coburg" hotelindən ayrılıblar.

Vyana Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın təkbətək görüşü başa çatıb.

APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan "Twitter" səhifəsində yazıb.

"Ermənistan və Azərbaycan prezidentlərinin görüşü başa çatıb, ATƏT-in Minsk qrupu həmsədrləri və hər iki ölkənin nazirləri də görüşə atılıblar", - deyə A. Saqatelyan qeyd edib. 

Xatırladaq ki, prezidentlərin görüşü barədə razılıq həmsədrlərin noyabrın 4-5-də regiona səfəri zamanı əldə olunub.  

İki ölkənin prezidentləri təxminən iki illik fasilədən sonra bir araya gəliblər.

Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş başlayıb.

APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə öz "Twitter" səhifəsində Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan yazıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunur.