İndoneziya Avstraliya ilə olan əməkdaşlığına son qoyub

20 Noyabr 2013 12:17 (UTC+04:00)

Indoneziya höküməti Avstraliya ilə olan əməkdaşlıqlarını təxirə salıb. Prezident Susilo Bambanq Yudhoyono bu təxirəsalmaya insan alveriylə bağlı əməkdaşlıq, hərbi təimlərə və kəşfiyyat mübadilələrinə qoşulmaqla bağlı əlaqələrin daxil olduğunu bildirib. Hadisədən dərhal sonra , bazar ertəsi günü Cakarta Kanberada olan səfirini geri çağırıb. Cəsusluq iddiasıyla bağlı sənədlər keçmiş agent Edvard Snovden tərəfindən Avstraliya mediasında işıqlandırılmışdı. Movqe.Az "Australian Broadcasting Corporation" və "The Guardian"a istinadən xəbər verir ki, mediaya sızdırılmış sənədlərdə Avstraliya cəsuslarının İndoneziya Prezidenti, onun xanımı, vitze-prezident və digər ali səlahiyyətli nazirlərin telefon danışıqlarını dinləyib. Buna oxşar cəsusluq hadisəsi 2009-cu ildə keçmiş hökümətdə də baş vermişdi. Avstraliya və İndoneziya arasında güclü mütəffiqlik və ticarət tərəfdaşlığı olmasına baxmayaraq İndoneziya Prezidenti əməkdaşlıqlarənə davam etdirmək istəməyib.