Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ölkə ərazisində
imtahanların təşkili üçün əlavə maliyyə vəsaitinin ayrılması ilə
bağlı müvafiq qurumlara müraciət edib.
APA-nın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün
keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu ilin
dövlət büdcəsindən TQDK-ya ayrılmış maliyyə vəsaiti 100 min nəfər
üçün imtahanın keçirilməsini nəzərdə tutub. Amma artıq imtahan
verəcək kontingentə 250 min şagird də əlavə edilib: "TQDK-ya 900
min manat vəsait ayrılmışdı. Artıq əlavə maliyyə vəsaitinin
ayrılması üçün müvafiq qurumlara müraciət etmişik. Bu məsələ mayın
sonuna qədər müsbət həll olunacaq".