Kıvanç Tatlıtuğun Rusiyada çəkiləcəyi serial təxirə salınıb

20 Noyabr 2013 13:39 (UTC+04:00)
Türkiyəli aktyorlar Kıvanç Tatlıtuğ və  Farah Zeynəb Abdullahın baş rolda oynayacağı "Kurt şeydə & Shura"serialı  2014-cü ilin fevral ayında  Star TV-də yayımlanacaq. Mövqe.az-ın məlumatına görə, serialın çəkilişlərinə artıq başlanılıb.  İlk çəkilişlər üçün qrup, 15 gün əvvəl Rusiyaya getsə də çəkiliş alınmayıb. Havanın həddindən artıq soyuq olması səbəbindən sınaq çəkilişləri təxirə salınıb. 


Qeyd edək ki, Kıvanç Tatlıtuğ serialda rus əsgərini oynayacaq. Farah Zeynəb Abdullah isə aristokrat bir ailənin qızını canlandıracaq.