Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Şurasının Ermənistanda keçiriləcək yığıncağına dəvət olunublar.
Erməni mətbuatında yayılan məlumata görə, bunu Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan deyib. Toplantı dekabrın 12-də İrəvanda keçiriləcək.