Orta məktəblərdə iş qrafiki dəyişdi-Eksklüziv
20 Noyabr 2013 13:01 (UTC+04:00)
Azərbaycanda orta məktəblərdə altı günlük təhsil sistemi ləğv
edilib. Movqe.az-ın əldə etdiyi məlumata
görə, Təhsil Naziri Mikayıl Cabbarov ümumtəhsil müəssisələrini yeni
iş qrafikini müəyyənləşdirib. Belə ki, bundan sonra bütün məktəblər
beş günlük iş rejimində çalışacaqlar. Nazirin yeni qərarı artıq
paytaxtın bütün məktəblərində tətbiq olunmağa başlayıb.
Məktəblərdən şagirdlərə bildirilib ki, altı günlük iş sistemi ləğv
olunduğundan, məktəblər həftənin altıncı günü bağlı olacaq.
Yeni rejimlə əlaqədar orta məktəblərdə dərs proqramları da beş
günlük iş rejiminə uyğunlaşdırılıb. Təhsil Nazirliyindən isə
Movqe.az-a xəbəri təsdiqləyərək bildiriblər ki, artıq ümumtəhsil
müəssisələrinin əksəriyyətində altı günlük dərs sistemi ləğv
eidlib. Həftənin altı günü dərs keçirilən məktəblərdə də tədricən
beş günlük sistemə keçidə başlanılıb.
Qeyd edək ki, hazırda paytaxtda orta məktəblərin əksəriyyəti beş
günlük iş qrafiki ilə işləsə də, bu günədək həftənin altıncı günü
də dərs keçirilən məktəblər qalmaqda idi.