Bu barədə İlhamə Quliyeva da bildirib: " Natavan prinsessadır. Mən ona bu adı vermişəm. Onun tembrı elədir ki, mən onu 100 oxuyanın arasından seçə bilərəm. Kraliça mənəm. Əsl tac mənimdir. Kraliçanın qızı prinsessadır və kraliçanın yanında da həmişə imperator, prins olur. Natavan mənim mənəvi qızımdır. O özü həmişə mənə mənəvi qızım olduğunu deyir. Çox heyif ki, mənim qızım yoxdur. Olsaydı dünyanın xoşbəxti mən olardım".
Qeyd edək ki, bir neçə gün öncə Aygün Kazımova dolça bürcündən olduğu üçün özünü uzaqgörən adlandıraraq iti Prinsessa ilə canlı yayımda iştirak etmiş və özünü kraliça adlandırmışdı. Hətta müğənni bildirmişdi ki, şou-biznesin ən böyük tacı ondadır".