Barak Obama İlham Əliyevi təbrik edib
25 May 2012 15:27 (UTC+04:00)
BŞ prezidenti Barak Obama 28 May – Respublika Günü
ilə bağlı Azərbaycan Respublikası prezidenti İlham Əliyevə təbrik
ünvanlayıb.
Movqe.Az AzərTAC-a istinadən verdiyi məlumata
görə, Barak Obama təbrik məktubunda ABŞ adından dövlət başçısına və
Azərbaycan xalqında təbriklərini çatdırıb. Barak Obama 1918-ci il
mayın 28-də Azərbaycanın fərəh və iftixar hissi ilə müstəqil
dövlətini qurduğunu vurğulayıb: "Azərbaycan xalqı həmişə
demokratiya arzuları ilə yaşayıb və 70 ildən artıq müddətdən sonra
1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi həmin
arzuları bir daha canlandırıb. Bu il biz, eyni zamanda, ABŞ və
Azərbaycan arasında tərəfdaşlığın mühüm tarixini qeyd edirik.
2012-ci ildə ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin
qurulmasının iyirminci ildönümü tamam olur. Bu əhəmiyyətli hadisə
münasibətilə mən hökumətlərimiz və xalqlarımız arasında vacib
əlaqələri, eləcə də birgə əldə etdiyimiz mühüm nailiyyətləri qeyd
etmək istərdim. Bütün Azərbaycan xalqına dinc və firavan il
diləyərək, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".