Birincilərin orta məktəblərdə hazırlığı ləğv olundu-Özəl

20 Noyabr 2013 14:27 (UTC+04:00)
Respublikanın ümumtəhsil müəssisələrində birinci sinfə hazırlıq ləğv edilib. Movqe.az-ın əldə etdiyi eksklüziv məlumata görə, 2014-2015 tədris  ili üçün birinci sinfə gedəcək məktəblilər hazırlığa cəlb edilməyəcək. Artıq məktəblərə birincilərin hazırlığı üçün müraciət edən valideynlərə də, bildirilib ki, hazırlıq təhsil naziri Mikayıl Cabbarovun göstərişi ilə ləğv edilib. Movqe.az məlumatı dəqiqləşdirmək üçün Bakı Şəhər Təhsil İdarəsi ilə əlaqə saxlayıb. İdarənin ümumi təhsil sektorundan xəbəri təqsdiqləyiblər. Sektordan bildiriblər ki, yeni ildən etibarən orta məktəblərdə birincilərin hazırlığı aparılmayacaq:"Hər il yanvar ayından etibarən birincilərin orta məktəblərdə hazırlığı aparılırdı. Nazirin göstərişinə əsasən 2014-cü ilin yanvar ayından bu qayda ləğv olunub. Ola bilər ki, gələcəkdə birinci sinfə hazırlıq məktəblərdə pullu olsun".