Avropa Birliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü alqışlayır

20 Noyabr 2013 15:49 (UTC+04:00)

"Biz Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü və dialoqun davam etməsi faktını alqışlayırıq".

APA-nın xəbərinə görə, bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pils deyib. O bildirib ki, AB danışıqlar prosesinə cəlb olunmadığı üçün görüşün məzmunu haqda heç nə deyə bilməz.