Avropa Birliyinin yeni səfiri dekabrda Azərbaycana gələcək

20 Noyabr 2013 16:31 (UTC+04:00)

Avropa Birliyinin Azərbaycana yeni təyin olunan səfiri Malena Mard dekabrın əvvəlində Bakıya gələcək.

APA-nın xəbərinə görə, bunu AB-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pils deyib.

Yeni səfir etimadnamələrini Azərbaycan prezidentinə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, M. Mard AB-nin xarici işlər üzrə ali komissarı Ketrin Eşton tərəfindən mayın 2-də bu vəzifəyə təyin olunub. O, daha əvvəl İsveç XİN-də Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin direktoru vəzifəsində çalışıb.