Nexus LG-in sözünü yerə saldı

20 Noyabr 2013 17:27 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Google , Samsung ilə birlikdə çıxardığı son Nexus telefonun adının Galaxy Nexus olmasına icazə vermişdi . Lakin Galaxy Nexusdan sonra Google , Nexus telefonları LG ilə birlikdə çıxarmağa qərar verib. Bu ortaqlığın ilk bəhrəsi isə , Nexus 4 olmuşdu. Qısa bir müddət əvvəl , iki nəhəng şirkət , yenə birlikdə Nexus 5-i rəsmi olaraq tanıdıb və bazara çıxarıb. Lakin Nexus 5-ə gedən yolda yaşanan maraqlı bir detal , yeni gün üzünə çıxıb. Koreya mediasında yayımlanan xəbərlərə görə LG, yeni Nexusun adının Nexus G olmasını istəmişdi. Lakin Google , yeni telefonunun bu adla adlandırmasını istəməmişdi . Bilindiyi kimi LG, G2 , G Pad və G Flex kimi məhsulların istehsalçısı və "G" markası, ağla dərhal LG-ni gətirir. Google , daha əvvəl Samsunga etdiyi jesti bu dəfə LG-yə etmədi və telefonun "G" markasıyla çıxmasına icazə vermədi. Yayılan məlumatlara görə, Google , açıq və dəqiq bir şəkildə , Nexus 5-i digər Nexus cihazlar olan Nexus 7 və Nexus 10 tabletlərlə eyni xəttdə tutmağa qərarlıdır və bu qərarında da olduqca israrlıdır .