Bakıda metro stansiyasının yaxınlığında avtomobil yanır

20 Noyabr 2013 18:45 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpünün altında qeydə alınıb. Hadisə yerində yanğınsöndürənlər cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.