Azərbaycan və İran tibb sahəsi üzrə yeni sənəd imzalayıblar

20 Noyabr 2013 17:33 (UTC+04:00)

Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrası ilə Tehran Tibb Universitetinin Uşaq Tibb Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, sazişi Azərbaycan tərəfindən Azərbaycan Tibb Universitetində (ATU) Mikrobiologiya və immunologiya kafedrasının müdiri, professor Gülnarə Nəsrullayeva imzalayıb.

Tərəflər tələbələrin tədrisi, elmi araşdırmaların aparılması, elmi işçilərin mübadiləsi və digər sahələrdə birgə əməkdaşlıq barədə razılıq əldə ediblər.