Əsrin ən böyük kometası gəlir

20 Noyabr 2013 18:21 (UTC+04:00)

Aşkarlanandan sonra rekord parlaqlığı qeydə alınmış C/2012 S1 (ISON) kometası Günəşə yaxınlaşıb. Kometa ilə Yer arasındakı məsafə də azalıb.

 

Milli.Az Scientist-ə istinadən bildirib ki, ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ekspertlərinin dediklərinə görə, kometa yaxın iki həftə ərzində yerə daha da yaxınlaşacaq və onun perigelisi azalacaq.


3 gün əvvəl kometanın parlaqlığı iki ulduz vahidi qədər artıb. Alimlərin fikrincə, bu, İSON-da ulduz maddəsinin partlayışı ilə bağlıdır.

Hazırda İSON-da ulduz parlaqlığı 5 əmsala yüksəlib.


Avropa Kosmik Tədqiqatlar Agentliyi ekspertlərinin hesablamalarına görə, İSON-un yaxınlaşması noyabrın 28-də kritik həddə çata bilər.

C/2012 S1 (ISON əsrin ən böyük kometası sayılır.