Aparıcı İdris Cəfərov ona qarşı çıxanların cavabını verdi-VİDEO

20 Noyabr 2013 22:10 (UTC+04:00)
"Space" tele kanalının eks-aparıcısı İdris Cəfərov növbəti açıqlamasını verib. Aparıcı ona qarşı çıxan müğənni Roza Zərgərlinin, Əli Mirəliyevin və prodüsser Təranə Səmədovanın iddialarını qərəzli hesab edib. Aparıcı Mövqe.az-a açıqlamasında Təranə Səmədova ilə telefon bağlantısı yaratdığını və onun aparıcıya "mənim də evdə bir balam var. Qızı uşağı böyüdürəm. Efir üçün yaradılmış bu cür şansı əldən verə bilməzdim" deməsi aparıcını təəccübləndirsə də, o, Təranə Səmədovanı anlamağa çalışıb. Roza Zərgərlinin dedikləri barədə  ümumiyyətlə açıqlama verməyə ehtiyac olmamasını bildirən İdris Əli Mirəliyevin bu yaxında "Space" tv-də yayımlanan ad gününün ona rüşvət kimi hədiyyə verilməsini də vurğulayıb.  Daha ətraflı video çarxda: