Bakıda mənzildə Ukrayna vətəndaşının meyiti tapılıb

21 Noyabr 2013 10:06 (UTC+04:00)

Bakıda mənzildə Ukrayna vətəndaşının meyiti tapılıb.


Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Əlibəyov qardaşları 25, mənzil 17-də qeydə alınıb. Meyiti tapılan Ukrayna Respublikasının vətəndaşı, 1957-ci il təvəllüdlü  Rakovskaya Mella İvanovnanın həmin ünvanda yaşadığı bildirilir.

 

Onun ürək tutmasından vəfat etdiyi ehtimal edilir.

 

Faktla bağlı araşdırma aparılır.