Bakıda valideyn məktəb şagirdini vəhşicəsinə döydü

21 Noyabr 2013 11:10 (UTC+04:00)

Valideyn şagirdi yoldaşlarının gözü qarşısında vurub

Ötən gün Bakının Xətai rayonu ərazisində yerləşən orta məktəblərdən birində insident baş verib. 


Xətai RPİ, 34-cü polis bölməsindən verilən məlumata görə, 1976-cı il təvəllüdlü Vidadi Məlikov oğlu 15 yaşlı Vüqarın orta məktəbdə döyülməsi barədə polisə müraciət edib. 


V.Məlikov bildirib ki, oğlu Qaçaq Nəbi küçəsində yerləşən 95 saylı orta məktəbin şagirdidir. Onu sinif yoldaşının atası, Eldəniz adlı şəxs elə məktəbin dəhlizində şagirdlərin gözü qarşısında döyüb.


Sinif yoldaşları arasında baş vermiş münaqişənin səbəbi müəyyənləşdirilir. /Lent.az/