İrakli Qaribaşvili Gürcüstanın yeni baş naziri seçildi

21 Noyabr 2013 12:14 (UTC+04:00)

Ölkə parlamenti yeni nazirlər kabinetinə və hökumət proqramına etibar göstərib

Gürcüstan prezidenti Georgi Margvelaşvili noyabrın 20-də axşam saatlarında İrakli Qaribaşvilini baş nazir təyin edib. 


Movqe.az gürcü mətbuatına istinadən bildirir ki, bu həmin gün ölkə parlamentinin yeni nazirlər kabinetinə və hökumət proqramına etibar göstərməsi nəticəsində baş tutub. 


Bu sərəncam Georgi Margvelaşvilinin prezidentliyinin üçüncü günündə verilib. Onun inauqurasiyası noyabrın 17-də olub.