Sevda Yahyayevadan yeni hit

21 Noyabr 2013 12:20 (UTC+04:00)

Müğənni sözləri və musiqisi İsmayıl Əsədova məxsus olan "Son sözüm" adlı mahnını ifa edib.

"Sənsizlik" , "O zaman" , "Buz kimi" , "Tut əlimdən" kimi hit mahnıların sırasına tezliklə yenisi daxil olacağı gözlənilir.


Açıqlama verən müğənni sözü gedən mahnıya klip də çəkəcəyini  söyləyib.


Xatırladaq ki, İsmayıl Əsədov  müğənni Zamiqin bir neçə mahnılarını, o cümlədən "Sən necedə gözəlsən", gənc müğənni Leyla Ramazanlının "Belə birdən getmə"kimi mahnılarının müəllifidir. (Gecce.az)