"İngilis Ordusu tərəfindən istifadə olunan gizli birliiklərdən olan əsgərlər Şimali İrlandiyada silahsız insanları öldürüblər" bu haqda keçmiş üzvlər "BBC One'ın Panorama"ya bildiriblər. İlk dəfə ictimayyətə açıqlama verən, 1973-cü ildə dağıdılan Hərbi Müdaxilə qüvvələrinin keçmiş üzvü bildirib ki, onların məqsədi Belfastdakı İRA üzvlərini ələ keçirmək olub. Keçmiş əsgər bildirib ki, onlar bir çox insanın həyatını qurtarıblar. Xatırladaq ki, bütün bu detallar Şimali İrlandiyanın baş hakimi Con Larkinin açıqlamalarından sonra üzə çıxıb. Şimali İrlandiya baş hakimi problemlərdən qaynaqlanan ölümlərin davam etdiyini və buna son qoyulması lazım olduğunu bildirib. Bu o deməkdir ki, əksər ölümlərin səbəbi parlamentdən, polisdən və ya ordudan qaynaqlanır. Təxminən 3.500-dən çox insan son 3 onillikdə baş verən Şimali İrlandiya ziddiyyətləri zamanı öldürülüb. Cənab Larkin "BBC"yə verdiyi müsahibəsində : "Belfast Müqaviləsindən 15 ildən çox keçməsinə baxmayaraq deyə bilərəm ki, bu müddətdə çox az irəliləyiş olub, hər səlahiyyətli hüquqşünas sizə günahkarı axtarmaqla bağlı olan ümüdlərinin azaldığını deyəcək. Düşünürəm ki, hər ötən ilə görə vəziyyəti qiymətləndirmək məcburiyyətindəyəm".