Fransa polisi Dehkarı həbs etdi

21 Noyabr 2013 12:52 (UTC+04:00)

Movqe.Az "BBC"-yə istinadən xəbər verir ki, Fransız rəsmiləri son günlərdə Parsidə silahlı hücum törədən Abdelhakim Dekharı həbs edib. O, saat 18.00 radələrində Parisin şimal-qərbində, Bois- Kolombiesdə maşınını park edərkən tutulub. Rəsmilər bildirib ki, Dehkar 1998-ci ildə Parisdə ard-arda atdığı ölümcül atışlardan sonra həbs edilmişdi. Ötən cümə günü həmin silahlı şəxs Paris televiziya stansiyasını hədələmiş, bazar ertəsi günü isə qəzet ofisi və HQ bankına hücum etmişdi. Polis birliyi rəsmisi Kristofe Krep, onun ağlının yerində olmadığını, dərman qəbul etdiyini bildirib. Bəzi media mənbələri nun özünə qəsd edə biləcəyini iddia edib.