Geneva danışıqlarının ikinci mərhələsi başladı

21 Noyabr 2013 13:20 (UTC+04:00)

İran və dünya qüvvələri arasındakı Tehranın nüvə proqramının gələcəyilə bağlı danışıqlar 2-ci gününə keçib. Bu haqda Movqe.Az BBC-yə istinadən xəbər verir. ABŞ rəsmilərini fikrinə görə, çərşənbə günü baş tutan ikitərəfli danışıqların birinci günü pozitiv keçib. Bir çox əsas anlaşılmaz məsələlərin həlli hələ də qalmaqdadır, ABŞ razılığa gəlmək üçün tələsmir. Tərəflər bəzi beynəlxalq sanksiyaların yumşaldılması qarşılığında İranın uranı zənginləşdirməsini zəiflədən keçici razılaşmanı müzakirə edirlər. İran nüvə proqramının sülh məqsədli olduğunda israr etsə də, bəzi dünya qüvvələri bunu nüvə silahlarının təkmilləşdirilməsi kimi görür. Cümə günü planlaşdırılan Geneva danışıqlarında İran, P5+1 üzvləri ( ABŞ, Fransa, Çin, Rusiya və Almaniya) iştirak edəcək. Cəna Kerri danışıqları " İran Proqramını zəiflətmək üçün son 10 illiyin ən yaxşı şansı" kimi qiymətləndirib.