"Şou-biznesin ən sanballı müğənnisi odur"

21 Noyabr 2013 13:46 (UTC+04:00)

Müğənni Xatun şou-biznesdə ən çox bəyəndiyi ifaçılardan söz açıb. 

Axşam.az-ın məlumatına görə, sənətçi "Telemaqazin" verilişinə müsahibəsində xalq artisti Aygün Kazımovanı ən sanballı müğənni adlandırıb: 

"Bu gün çox müğənnilər özlərini böyük-böyük aparırlar. Baxırsan, heç bir mahnısı yoxdur, amma danışanda yekə danışır. Elə məşhurlar da var ki, çox sadədirlər. Məsələn, Günay İbrahimli. Bu yaxınlarda konsert verdi, çox gözəl ifaçıdır, həm də sadə qızdır. 

Ümumiyyətlə, bu sənətdə ən sanballı ifaçılar Aygün Kazımova, Könül Kərimova və Xumar Qədimovadır. Bu gün sənətdə yadda qalmaq üçün bir mahnının məşhur olması kifayətdir. Mən də bir mahnım – "Səndən ötrü" ilə yadda qalmışam".