Nazpəri Dostaliyeva ondan 100 min manat tələb edir!
21 Noyabr 2013 14:19 (UTC+04:00)
Xalq artisti Nazpəri Dostəliyeva həmkarı İlhamə
Quliyevaya qarşı açdığı dava ilə əlaqədar Yasamal rayon məhkəməsinə
müraciət edib.
Bu barədə Mövqe.az-a N.
Dostəliyevanın vəkili Yunis Vəliyev məlumat
verib:
Bugünkü məhkəmədə hazırlıq prosesi oldu. Birinci
məhkəmə isə dekabrın 18-dir. Nazpəri xanım İlhamə Quliyevadan onu
təhqir edib, alçaltmasına görə 100 min manat təzminat
istəyir".
Məlumat üçün bildirək ki, Nazpəri Dostəliyeva "Mən
yemirəm, yedizdirirəm" sözlərinə görə İlhamə Quliyevanı məhkəməyə
verib.