Bakı "Kristal Zal"da içkilərin qiyməti inanılmaz dərəcədə bahalaşıb

25 May 2012 17:00 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Bakı "Kristal Zal"da keçirilən "Eurovision-2012" musiqi yarışması yenə də, hamını heyrətləndirir. Qeyd edək ki, hər kəs müsabiqədən əvvəl zala giriş üçün müəyyən yoxlanışlardan keçməlidir. Zalın qapıları isə 23:30 bağlanır. Bu vaxt bitdikdən sonra zala giriş qadağandır.

 Kristal Zalına tamaşaçıların özləri ilə içki və yaxud yemək götürmələri qadağandır. Bunun səbəbini isə Kristal Zalının mühafizəçisi Orxan Vəliyev belə izah etdi: "Yarışma zamanı tamaşaçılar səhnəyə və ifaçılara su şüşəsi ata bilərlər. Bu səbəbdən də, içəri girərkən içki aparmaq qadağandır".

Lakin maraqlı olan, bir məqam da var. İçəri daxil olarkən özünlə içki aparmaq qadağan olsa da, zalın içində hər növ içki və qida satılır.

30 qəpiklik suyu 2 manata, 50 qəpiklik Cola-Cola 3 manata satılır.

Satıcılardan niyə belə baha olduğunu soruşduq da, onlar cavab verməkdən imtina etdilər.

Amerikalı turist Anjelika Zill isə Bakıda qidaların inanılmaz dərəcədə, baha olduğunu bildirdi. Onun sözlərinə görə, Bakı çox bahalı şəhərdir.

Əslində Anjelikanın dediklərində də, həqiqət var. 30 qəpiklik suyun 2 manata  satılması inanılmazdır. Bu qiymətlər zala içkinin niyə qadağa olmasının səbəbini izah edir. Tamaşaçı məcbur olduğundan, 2 manatından keçməli olur.

Bakı Kristal zalında qiymətlər:

Qazsız su – 2 manat

Qazlı su – 2manat 50 qəpik

Şirin sular – 3 manat (Coca-Cola, Fanta və s.)

Red Bull – 4 manat

Pop Corn – 4 manat

Hamburger – 4 manat və s.

Onuda qeyd edək ki, Bakı Kristal Zalının yeməkxanasında uzun bir növbə müşahidə etmək olardı.Bununla bağlı lazımi orqanlardan məlumat almaq istəsək də, heç kim cavab vermədi. 

Türkan Nadirqızı

Movqe.Az