Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin qərargah rəisi Mirzəli Yusifov vəzifəsindən azad edilib

21 Noyabr 2013 15:38 (UTC+04:00)

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) qərargah rəisi, polkovnik Mirzəli Yusifov vəzifəsindən azad edilib.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Məlumata görə, sərəncama göndərilmiş M. Yusifov ötən gün hərbi məktəbin şəxsi heyət ilə görüşərək məktəbi tərk edib.

M. Yusifov APA-ya açıqlamasında hərbi məktəbdəki işindən uzaqlaşdığını təsdiq edib: "Mən indi məzuniyyətdəyəm. Artıq hərbi məktəbdə işləmirəm".

Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini də icra edib.