Rusiyanın Ermənistandakı 102-ci bazasının ərazisi genişləndirilir

21 Noyabr 2013 22:17 (UTC+04:00)
Movqe.Az-ın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan Ermənistan hökumətinin iclasında müvafiq qərar layihəsini təqdim edərkən deyib.  

 

Bazaya helikopter eskadrilyası üçün dayanacaq, inzibati binaların və yanacaq-sürtgü materiallarının saxlanması üçün anbarların yerləşəcəyi ərazilər veriləcək.    

 

Qərar Ermənistan-Rusiya hökumətlərarası komissiyasının 8-ci iclasının hər iki tərəfin öhdəliklərini nəzərdə tutan protokolu çərçivəsində qəbul olunub. Belə ki, Rusiya tərəfi 102-ci bazanı gücləndirməyi təklif edib və bu məqsədlə noyabr ayında Ermənistana 18 ədəd helikopter göndərməyə qərar verib. Bazaya verilən yeni ərazi bu texnikanı yerləşdirmək üçün nəzərdə tutulub.